...Britaniyanın neft və qaz şirkəti olan “Shell”, Rusiya bazarını tərk edəcəyinə söz verdikdən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Rusiya qazının ticarətini davam etdirir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təkcə 2022-ci ildə “Shell” Rusiya qazının gəmi ilə ixracının təxminən səkkizdə birini təşkil edib.
Maraqlıdır ki, bu arada Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Oleq Ustenko Britaniya şirkətini “qan pulu” almaqda ittiham edib.
“Shell” isə özünə bəraət qazandıraraq, sövdələşmələrin uzunmüddətli müqavilə öhdəliklərinin nəticəsi olduğunu və qanun və ya sanksiyaları pozmadıqlarını deyir.
Bu arada “Global Witness” qeyri-hökumət təşkilatının analitiklərinin hesablamalarına görə, “Shell” təkcə keçən il Rusiyanın dənizdəki mayeləşdirilmiş təbii qaz ticarətinin 12 faizini təşkil edib ki, bu da onu Rusiyadan mayeləşdirilmiş təbii qaz satan ilk beş şirkətdən biri edib.
Xatırladaq ki, 2022-ci ilin martında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bir neçə həftə sonra, “Shell” Rusiya neftinin bir partiyasını aldığı üçün üzr istəmişdi və Rusiyanın enerji mənbələrindən imtina edəcəyinə söz vermişdi. (...yəqin verdikləri söz kişi sözü deyilmiş də...-A.B.)
Belə ki, şirkət o vaxt verdiyi açıqlamada daha Rusiyadan neft almağı dayandıracağını, yanacaqdoldurma məntəqələrini və bu ölkədəki digər müəssisələrini satacağını demişdi.
A, bə nə oldu?
Yeri gəlmişkən, hələ o vaxtdan, yəni Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1200-dən çox təşkilat Rusiyadakı fəaliyyətini məhdudlaşdırıb və hətta onlardan 500-dən çoxu ölkəni tamamilə tərk edib.
...“Shell” isə yarandığı 1907-ci ildən bəri dünyada neft qoxusu verən bütün yerlərə “dürtülərək”...bizlərdə onu necə deyirlər, “nə yardan doyur, nə də əldən qoyur”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB