Fransada 400-dən çox iğtişaşçı saxlanılıb

Fransada 400-dən çox iğtişaşçı saxlanılıb

Fransa polisi gecə 427 iğtişaşçını saxlayıb. SİA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin özünün “Twitter” səhifəsində məlumat verib.

Darmanen bildirib ki, ötən gecə olduğu kimi, bu gecə də ölkədə 45 min polis və jandarm öz vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 27-də Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə