Bu arada Rusiya prezidenti Vladimir Putin polisin, Milli Qvardiyanın, hərbçilərin, məhkəmə icraçılarının, Federal Penitensiar Xidmət, gömrük və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşlarını 10 faiz artırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onların maaşları 2023-cü il oktyabrın 1-dən 10,5 faiz artacaq.
Hökumətin qərarı hüquqi informasiyanın rəsmi portalında dərc olunub. Orduda müqaviləli əsgərlərin və müddətli həqiqi hərbi xidmət keçənlərin maaşları da artırılacaq. Milli Qvardiyanın, polisin, daxili işlər orqanlarının, Federal Penitensiar Xidmətin və federal məhkəmə icraçıları xidmətinin, yanğınsöndürmə xidmətinin, gömrük və federal kuryer rabitəsi komandirlərinin vəzifə və rütbələri üçün maaşlar artırılacaq.
Qeyd edək ki, Təhlükəsizlik qüvvələrinin maaşlarında əvvəlki artım 2022-ci il oktyabrın 1-də oluşdu, amma bu artım bu il də baş verir.
Deyilənlərə görə, 2023-cü ildə Rusiyanın büdcə xərcləri artıq 27 faiz artıb, gəlirləri isə əvvəlki illə müqayisədə 19 faiz azalıb. İlkin hesablamalara görə, bu ilin yanvar-may aylarında büdcəyə 9,82 trilyon rubl gəlir əldə edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19 faiz azdır.
Bu dövrdə xərclər 13,23 trilyon rubl təşkil edib ki, bu da illik müqayisədə 27 faiz çoxdur.
Maliyyə Nazirliyinin məlumatlarına görə, beş ay ərzində büdcənin ilkin kəsiri 3,41 trilyon rubl təşkil edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB