...İyunun 23-24-də “Vaqner” PMC-nin üsyanı Rusiya prezidenti Vladimir Putinin Ukraynanı tam miqyasda işğal etmək qərarı ilə ölkəyə zərər verdiyinin sübutu idi.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns deyib.
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri “Vaqner”in yaradıcısı Yevgeni Priqojinin üsyana başlamazdan əvvəl Rusiya hakimiyyətinin Ukraynaya müdaxilənin səbəbləri və Rusiya hərbi rəhbərliyinin müharibə aparması ilə bağlı rəsmi bəyanatlarını kəskin tənqid etməsini təəccüblü adlandırıb.
Bu söz və hərəkətlərin nəticələrinin hələ bir müddət hiss olunacağını deyən Börns, Putinin apardığı müharibənin onun öz cəmiyyəti və öz rejiminə vurduğu dağıdıcı təsirin əyani sübutu olduğunu bildirib.
Maraqlıdır ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Priqojinin çıxışını ciddi qəbul edib və bunu Rusiya dövlətinə silahlı çağırış adlandırıb. Eyni zamanda, bunu Rusiyanın daxili işi olduğunu bildirən ABŞ səlahiyyətlisi, ölkəsinin bununla heç bir əlaqəsi olmadığını da dilə gətirib.
Qeyd edilməlidir ki, bundan əvvəl, Priqojinin üsyanla bağlı cinayət işinə xitam verilməsi müqabilində Moskvaya getməkdən imtina etməsi ilə başa çatan üsyandan sonra Börns, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə zəng edərək ABŞ-ın Vaqneritlərin çıxışı ilə heç bir əlaqəsi olmadığını bildirmiuşdi.
Onu da qeyd edək ki, Rusiya rəsmiləri bununla bağlı şərh verməsələr də, təkcə. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, qiyamın baş verən günü ABŞ səfirliyi ilə təmas qurduğunu etiraf edib.
Yeri gəlmişkən, Qərb ölkələrinin bir sıra nümayəndələri baş verən üsyanı Rusiyanın daxili işi kimi qələmə verərək, bunun Vladimir Putinin iqtidarına zərbə olduğunu bildiriblər. Amma Moskva bunun belə olmadığını deyərək, Rusiya cəmiyyətinin yalnız prezidentin ətrafında toplaşdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB