Avstriya Avropanın “European Sky Shield” hava hücumundan müdafiə sisteminə qoşulacaq. (qeyd edək ki, bu hava hücumundan müdafiə sisteminin hərfi tərcüməsi “Avropa Göy Qalxanı” mənasını verir-A.B.)
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Avstriya kansleri Karl Nehammer bəyan edib.
“Avstriya Avropanın Sky Shield hava hücumundan müdafiə təşəbbüsünə qoşulacaq”.
Qeyd edək ki, bunu tvitter hesabında yazan kanslerin sözlərinə görə, Ukrayna böhranı fonunda “təhdidlərlə bağlı vəziyyət kəskin şəkildə artıb”.
Onu da qeyd edək ki, daha əvvəl Avropanın raket olan MBDA-nın üç ildən sonra hipersəs müdafiə sisteminin prototipini yaratmağı planlaşdırdığı bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB