“Vaqner” bölmələri Belarusda deyilsə, bəs, haradadırlar?

“Vaqner” bölmələri Belarusda deyilsə, bəs, haradadırlar?

"...Hazırda bu günə kimi Belarus ərazisində bir dənə də olsun Vaqner bölməsi qeydə alınmayıb. Amma biz vəziyyətin daha da inkişaf etdiyini bilirik və kəşfiyyat orqanlarımız bu barədə məlumat əldə etməyə çalışır. Əgər bu baş verərsə, Hərbi komandanlıq bundan xəbər tutacaq”

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları Birləşmiş Qüvvələr komandiri general-leytenant Sergey Naev bildirib. Qeyd edək ki, o, hələ ki, Belarus ərazisində bir dənə də olsun “Vaqner” bölməsinin qeydə alınmadığını da bildirib.

Onun sözlərinə görə, Belarusda “Vaqneritlər”in peyda olması ilə bağlı bir neçə ssenari nəzərdən keçirilir. Onların hər birində Ukrayna Silahlı Qüvvələri adekvat cavab tədbirləri görəcək.

Naev, qüvvələrin mümkün təzahürlərə qarşı mübarizə aparmaq üçün hazırlandığını da gizlətməyib.

Bundan əlavə, ukraynalı komandir, Ukrayna kəşfiyyatının Belarusdakı vəziyyəti, o cümlədən nüvə silahının hərəkətini diqqətlə izlədiklərini də bildirib.

Onun dediyinə görə, başqa hərəkətlər hələ ki, qeydə alınmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə