Prezident bu dəfə həyat yoldaşının namizədliyini dəstəkləyəcək?

Braziliyanın keçmiş prezident 8 il namizədliyini verə bilməz
Prezident bu dəfə həyat yoldaşının namizədliyini dəstəkləyəcək?

Braziliyanın ən yüksək seçki məhkəməsi 2022-ci il seçkiləri zamanı davranışına görə keçmiş prezident Jair Bolsonaronun 2030-cu ilə qədər dövlət vəzifəsində işləməsini qadağan edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” verir.

Yeddi hakimdən beşi 68 yaşlı Bolsonaronu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və ölkənin elektron bülletenlərinin sındırılma və saxtakarlığa qarşı həssas olduğuna dair yalan iddialarda günahkar tapmaq üçün səs verib.

İşin baş hakimi Benedito Qonçalves, keçmiş prezidentin Braziliyanın seçki sisteminə “etimadı təhlükəyə atdığını” bildirib.

Qeyd edək ki, bu qərar Bolsonaronun 2026-cı ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək hüququnu rədd edir.

Yeri gəlmişkən, onunla bağlı hərəkətləri rədd edən Bolsonaro, vəkillərinin Ali Məhkəməyə müraciət edəcəklərini bildirib.

Maraqlıdır ki, əgər qadağa qüvvədə qalsa, bu halda Bolsonaro həyat yoldaşı Mişeli prezidentliyə namizəd kimi dəstəkləyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə