Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlərin gecikdirilməsindən şikayətlənərək, Qərbdəki tərəfdaşlarına sualları olduğunu deyib.
Qeyd edək ki, rus saytlarının yazdıqlarına görə, Kiyevə səfər edən İspaniyanın baş naziri Pedro Sançesə “şikayətçi düşən” Vladimir Zelenski Ukraynanın nə vaxt “F-16”-lar alacağı ilə maraqlanıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya Zelenski, Ukrayna pilotları üçün məşqə başlamağa hazır olduqlarını bəyan edən Qərb ölkələrinin hələ ki, təlim missiyalarının olmamasından gileylənib. Bəzi Qərb tərəfdaşlarının bunu təxirə salmalarından narahatlıq keçirdiyini dilə gətirən Ukrayna prezidenti, onların niyə belə etdiklərini bilmədiyini də deyib.
Xatırladaq ki, bir müddət bundan əvvə BBC-yə danışan Zelenski, ölkəsinin altı-yeddi ay ərzində “F-16” döyüşçülərindən istifadə etmək niyyətində olduğunu bildirmişdi.
Öz növbəsində, Dövlət Departamenti, “F-16” döyüş təyyarələrinin və Ukrayna pilotlarının hazırlanmasını ABŞ üçün prioritet olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB