Makron Almaniya səfərini təxirə salıb

Fransadakı etirazlara görə
Makron Almaniya səfərini təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi verib.

“Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.

Qeyd edək ki, bu, Fransa Prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəri olacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə