Çuvaşiyanın prokuroru Volqada çimərkən boğulub

Çuvaşiyanın prokuroru Volqada çimərkən boğulub

Çuvaşiya prokuroru iyulun 1-də Volqada çimərkən boğulub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Baza” və “Mash” nəşrləri məlumat yayıb.

Deyilənlərə görə, 57 yaşlı Andrey Fomin bu vəzifəyə 2020-ci ildə təyin edilibmiş. Bundan əvvəl o, ilhaq edilmiş Krımda çalışıb. Orada o, respublikanın Rusiya tərəfindən təyin edilmiş prokuroru Natalya Poklonskayanın müavini olub, sonra isə Dövlət Dumasına seçiləndə onun köməkçisi olub.

“Baza” nəşrinin məlumatına görə, Fomin “Çeboksarıcx chebswim”də ənənəvi üzgüçülük yarışında iştirak edib. Prokuror 2 kilometr 200 metr məsafəni üzüb.

Amma sonra məlum olmayan səbəbdən boğulub.

Yeri gəlmişkən, Natalya Poklonskaya hılı o vaxt, yəni Rusiyanın Ukraynaya təcavüzünə başlayandan az sonra ictimai məkandan yoxa çıxıb. Qeyd edək ki, o, müharibəni tənqid edənlərdən olub və “Z” hərfini həm Rusiya, həm də Ukrayna üçün faciə və kədəri simvol olduğunu bildirib.

Məhz buna görə də, Prezident Vladimir Putin onu Rossotrudniçestvo rəhbərinin müavini vəzifəsindən uzaqlaşdırmışdı.

Qeyd edək ki, sonradan Krım Dövlət Şurası Poklonskayanı dövlət mükafatlarından məhrum edə biləcəyi ilə də hədələmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə