Bu gün Çinin cənub-şərqində iri müəssisələrdən birində partlayış baş verib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur, qonşu yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Jiangxi QianTai”yə məxsus və Jiangxi əyalətində yerləşən kimya zavodunda dəhşətli insident baş verib.
Sosial şəbəkələrdə yayılan videolara baxsaq, hadisənin miqyası fəlakətlidir. Fabrik binasından böyük qara tüstülər yüksəlir. Amma insidentin itkisiz ötüşdüyü deyilir.
İlkin versiya odur ki, müəssisədə silikon yağı yanıb, bunun nəticəsində partlayış baş verib və yanğın başlayıb.
Sakinlər təxliyə edilib, araşdırmalara başlanıldığı deyilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB