Gərək ki, yadınızda olar və qeyd edim ki, SİA bu barədə yazmışdı.
Deməli, iyunun 23-də İrkutskda Qırğızıstan vətəndaşları ilə davada yaralanan Tacikistandan olan 4 əmək miqrantının vəziyyətinin stabil olduğu deyilir.
Xəstəxanada miqrantlara baş çəkən İrkutskdakı Tacikistan cəmiyyətinin rəhbəri Əlişir Şirinov yerli saytlara, dava edənlərin qol və ayaqlarından xəsarət aldıqlarını və on gündən sonra evə buraxılacaqlarını deyib.
Xatırladaq ki, iyunun 23-də İrkutsk vilayətindəki Kovıqta qaz-kondensat yatağına yurdlarından didərgin düşüb işləməyə gələn Tacikistan və Qırğızıstandan olan miqrantlar arasında dava olmuşdu.
Rəsmi məlumatlara görə, insident zamanı 9 nəfər, 4 tacik və 5 qırğız yaralanmışdı. Həmən insidentlə bağlı 30-dan çox adam saxlanılmışdı.
Yeri gəlmişkən, İrkutsk vilayətindəki Kovıkta qaz-kondensat yatağında 1000-dən çox əmək miqrantı işləyir. Qeyd edək ki, onların əksəriyyəti Tacikistan və Qırğızıstandan olanlardır.
Bu arada Rusiya mətbuatı hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırmaların davam etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB