Fransada Ginnesin Rekordlar Kitabına düşməyi bacaran yanğınsöndürənin həmin anları dünya mətbuatında zəlzələ effekti yaradıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir gərginliyin yüksək olduğu Fransada nümayişçilərin qarşısını almaq üçün ordu da müdaxilə edib. 39 yaşlı fransız yanğınsöndürəninin ölkədəki yanğın yerinə qayıdarkən etdiyi işlər isə dünyanın gündəminə çevrilib. Sözügedən şəxs Ginnesin Rekordlar Kitabına düşə bilib.
39 yaşlı Conatan Vero Parisdən 200 kilometr cənubda rekord cəhd edib. Sözügedən qeyddə Vero paltarları alovlanarkən qaçıb. Ümumilikdə 272,25 metr məsafəni qət etməyi bacaran kişi əvvəlki rekordu rəsmən ötüb. Əvvəlki rekord cəmi 68 metr idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB