Baydenin nəvəsi tətil üçün Türkiyədədir

Baydenin nəvəsi tətil üçün Türkiyədədir

ABŞ prezidenti Co Baydenin birinci həyat yoldaşı Neilia Hunterdən olan oğlu Hunter Baydenin qızı Naomi Bayden Türkiyəyə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çeşmədə tətildə olan 29 yaşlı Naomi Bayden ötən gün dostları ilə əylənib. Naomi Baydeni müşayiət edən böyük mühafizə ordusu gənc qadından əvvəl məkana gəlib. Mühafizəçilər lazımi tədbirləri gördükdən sonra Naomi Bayden rəfiqələri ilə birlikdə çimərliyə daxil olub. Naomi Bayden məkanda olduğu saatlarda onu müşayiət edən çoxlu mühafizəçilər çimərlikdə gözətçilik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə