Ən çox ölü verən buryatlardır...

Ən çox ölü verən buryatlardır...

...“Mediazona” və BBC Rus Xidmətinin 30 iyun 2023-cü il tarixinə olan hesablamalarına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri “Vaqner” PMC-nin ən azı 26 800 hərbçisi və muzdlusu öldürülüb.

SİA xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əslində bu da tam dəqiqləşdirilmiş rəqəm deyil.

Amma buna baxmayaraq, verilən qeyri-rəsmi məlumata görə, ölənlərin dörddə biri, yəni 6975 nəfəri Sibir və Uzaq Şərqin sakinləridir.

Ölənlərin sayına görə, Buryatiya Respublikası (784 ölü), Zabaykalski (654) və Krasnoyarsk diyarları (607) liderlər olaraq qalırlar.

Çukotka, Nenets Muxtar Dairəsi ilə birlikdə ən az ölü “qəbul edənlərdəndir”, yəni cəmi 29 nəfər. Qeyd edək ki, bu ölkədəki ən aşağı göstəricidir.

Trans-Baykal ərazisi Ukraynadakı müharibədə həlak olan əsirlərin sayına görə Rusiyanın beş regionundan biridir - 162 nəfər.

Qeyd edək ki, Buryatiya Respublikası səfərbər edilmiş ölənlərin sayına görə 142 ölüsü ilə üçüncü yerdədir.

O da maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynadakı müharibədə itkiləri ilə bağlı rəsmi məlumat dərc etmir. Belə ki, sonuncu dəfə Rusiya hakimiyyəti 2022-ci ilin sentyabrında ölənlərin ümumi sayını 5937 nəfər kimi göstərmişdi.

...BMT-nin son məlumatlarına görə, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı 9083 dinc sakinin həlak olduğu, daha 15790 nəfərin isə yaralandığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə