Ölkədə “şpion” ovuna çıxan Rusiya Federasiyasının Ədliyyə Nazirliyi bu dəfə musiqiçi Boris Qrebenşçikov, “Sota” və “Paper” nəşrlərini “xarici agentlər” reyestrinə daxil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyahıya həmçinin Moskvanın keçmiş baş ravvini Filip Qoldşmidt, jurnalistlər Aleksey Qorpinchenko, Andrey Karaulov, “Yabloko”nun Moskva bölməsinin sədr müavini Andrey Morev və Moskva Şəhər Dumasının deputatı Mixail Timonov da daxil edilblər.
Xatırladaq ki, 2022-ci il dekabrın 1-dən Rusiyada “Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında” qanun qüvvəyə minib.
Və indi bu Rusiyada “xarici agentlərin” vahid reyestrinə malikdir.
Hazırda Rusiya Federasiyasının Ədliyyə Nazirliyi gözdə-qulaqdadır.
Və əgər kimsə xaricdən dəstək alıdığını və ya xarici təsir altında olduğunu sezdirsə, nazirlik o dəqiqə başının üstünü alır və “xarici agentlərin” vahid reyestrinə daxil edir.
Rus səlahiyyətlilərinin dediyinə görə bu, "ölkənin təhlükəsizliyinə qarşı istifadə edilə bilən” ən optimal bir variantdır.
Bizdə onu necə deyərlər, hə, sükanı belə saxla...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB