Fransa Dövlət Şurası qadınların matçlarda hicab taxmasına qadağa qoydu.
SİA-nın əldə etdiyi məlumata görə, şura "Les Hijabeuses" (Başörtülülər) kimi tanınan futbol ictimaiyyətinin Fransa Futbol Federasiyasının 2016-cı ildə hicab qadağası ilə bağlı qərarına qarşı etirazını qəbul etməyib.
Fransanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurası qərar verib ki, Fransa Futbol Federasiyası öz nizamnaməsində oyunçuların matçlar zamanı dini simvollar, o cümlədən hicab taxmasını qadağan edən birinci bəndi tətbiq edə bilər.
Qərarla bağlı şura tərəfindən verilən yazılı açıqlamada idman federasiyalarının "qərəzsizlik öhdəliyi"nə tabe olduqları və federasiya işçilərinin şəxsi inanc və fikirlərini ifadə etməmələri qeyd edilib.
Şura qərarında bildirib ki, Fransa Futbol Federasiyası futbol oyunlarının rahat keçirilməsini təmin etmək və hər hansı münaqişənin qarşısını almaq üçün nizamnaməsinin birinci maddəsində nəzərdə tutulan qadağanı tətbiq edə bilər. Buna görə də qadın futbolçular Fransa Futbol Federasiyası matçlarında hicablı olmamalıdır.
Qərarda bu qadağa "uyğun" və "mütənasib" adlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB