“Abxaziya” və “Qarabağ” komandalarının oyunu təxirə salınıb?
"Ölünü özbaşına qoysan..."

İyulun 10-da Suxumidə keçirilməli olan özlərini elan etmiş "respublika"ların - Abxaziya və Dağlıq Qarabağın (“artsax”) oyunu təxirə salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası məlumat yayıb.

Qərar “qeyri-sabit vəziyyət”lə bağlıdır, ona görə də “Qarabağ” komandası nəzərdə tutulan oyunda iştirak edə bilməyəcək, deyə Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası bildirib.

Qeyd edək ki, “Qarabağ Futbol Federasiyası”nın vitse-prezidenti Mher Avanesyan, Azərbaycanın Laçın dəhlizinin “qarşısını kəsməsinin” matça mane ola biləcəyini bildirib.\

Yeri gəlmişkən, Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası bildirir ki, yeni matç tarixi Abxaziya federasiyası ilə razılaşdırılacaq.

Bu matş, tanınmamış dövlətlər arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməlidir. Turnir 2024-cü ildə Kürdüstanda keçiriləcək, seçmə mərhələ oyunları isə bu ilin oktyabrın 31-dək başa çatmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə