Priqojin “Patriot” media holdinqini ləğv etdi

Priqojin “Patriot” media holdinqini ləğv etdi

Bu arada “Vagner” PMC-nin təsisçisi Yevgeni Priqojin özünün “Patriot” media holdinqini, eləcə də onunla əlaqəli trol fabrikini ləğv edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mash and Rotunda” mənbələrinə istinadən yayıb.

Qeyd edək ki, media qrupuna daxil olan yayımlar Roskomndazor tərəfindən bloklanır.

Beləliklə, media qrupuna daxil olan “Nevsky News”un redaktorları işlərini dayandırdıqlarını və oxucularla vidalaşdıqlarını elan edən mesaj yayımlayıblar. Maraqlıdır ki, mesajda bağlanma səbəbi göstərilməyib.

Yevgeni Priqojin və ya onun nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

“Kommersant”, Roskomnadzorun “Vaqner”in yaradıcısı ilə bağlı RİA FAN, Politika Seqodnya, Ekonomika Seqodnya, Nevskiye Novosti və Narodnıye Novosti nəşrlərini də blokladığı barədə xəbər yayıb.

Qeyd edilməlidir ki, burada da resurslara girişin məhdudlaşdırılmasının səbəbləri göstərilmir.

Yeri gəlmişkən, “Patriot” qrupu 2019-cu ildə yaradılıb və məqsədini “Rusiyada müsbət məlumat yaymaq” olduğunu bəyan edib. KİV-in məlumatına görə, holdinqə daxil olan nəşrlər “trol fabriki” əsasında böyüyüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə