Vladimir Yakuninin oğluna bəraət hökmü ləğv edilib

Vladimir Yakuninin oğluna bəraət hökmü ləğv edilib

Norveçin Ali Məhkəməsi ötən ilin dekabrında Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey Yakuninin barəsində bəraət hökmünü ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The BarentsObserver” məlumat yayıb.

Xatırladaq ki, Yakunin keçən ilin payızında Svalbard arxipelaqında qeyri-qanuni pilotsuz uçan aparat buraxmaqda şübhəli bilinərək Norveçin şimalında saxlanılıb. Ondan pilotsuz təyyarələr və elektron cihazlar götürülüb, özü isə həbs edilib. Yakunin Rusiya vətəndaşları üçün pilotsuz təyyarələrin buraxılmasına qoyulan qadağanı pozmaqda ittiham edilib. İstintaq təkid edib ki, belə bir qadağa Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar sanksiyalar rejiminin bir hissəsidir.

Qeyd edək ki, həmən ərəfədə oğul Yakunin dağ zirvəsinə optimal marşrut qurmaq üçün həvəskar kimi pilotsuz uçan aparatı işə saldığını bildirmişdi.

Onu da qeyd edək ki, həmən vaxt onun Rusiyadan əlavə Britaniya vətəndaşlığı olduğu üzə çıxmışdı.

Yeri gəlmişkən, dekabrın əvvəlində Tromso Rayon Məhkəməsi Yakuninə bəraət vermişdi.
Amma bundan sonra o, həbsdən azad edilib. Belə ki, qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə