Mariya Zaxarova "mühüm" açıqlama verib

Mariya Zaxarova "mühüm" açıqlama verib

Kiyev Zaporojye atom elektrik stansiyasında terror aktı törətməyə hazırlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Qeyd edək ki, müvafiq yazı bu gün, iyunun 30-da onun Telegram səhifəsində yer alıb. Kiyev rejimi Zaporojye atom elektrik stansiyasında terror aktına hazırlaşır.

Mariya Zaxarova bildirib bunu.

Belə ki, rusiyalı diplomat Ukrayna hakimiyyətinin Zaporojye atom elektrik stansiyasında qəza baş verəcəyi təqdirdə təlimlərə başlaması və Kiyevdə radiasiyanın ölçülməsi üçün əlavə cihazların quraşdırılması ilə bağlı xəbərlərinə belə münasibət bildirib: “Kiyev hakimiyyəti növbəti terror aktı törətməyə hazırlaşır!”.

Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Ukrayna Silahlı Qüvvələrinin Zaporojye atom elektrik stansiyasında təxribat törətməyə məqam gəzdiklərini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə