YUNESKO-nun Baş Konfransının növbədənkənar sessiyasında üzv ölkələrin nümayəndələrinin əksəriyyəti ABŞ-ın təşkilata qayıtmasına səs verib.
SİA bu barədə RİA Novosti-yə istinad edir.
132 nümayəndə ABŞ-ın qaytarılmasının lehinə, 15-i bitərəf qalıb, altı ölkə (Rusiya, Çin, İran və Suriya da daxil olmaqla) əleyhinə səs verib.
Qeyd olunur ki, ölkənin yenidən YUNESKO-ya daxil olması üçün 95 səs toplaması kifayətdir.
Verilən məlumatlara görə, ABŞ borcun mərhələli şəkildə ödənilməsi şərtləri ilə YUNESKO-ya qayıdacaq.
Qəbul edilmiş qətnamənin mətninə əsasən, Amerika Birləşmiş Ştatları ölkədən asılı olmayan şəraitə görə borcunu ödəməyib. Həmçinin ABŞ-ın borcuna görə baş konfransın daxili reqlamentinin bir sıra müddəalarının dayandırılması qərara alınıb.
Xatırladaq ki, Vaşinqton 2017-ci ildə Donald Trampın prezidentliyi dövründə YUNESKO-nu tərk edib.
Bu il iyunun 11-də Birləşmiş Ştatlar YUNESKO-ya təşkilat üzvlüyünü yeniləmək qərarı barədə məlumat verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB