Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Ketrin Rassel Haitidəki təhlükəsizlik vəziyyətinin qəbuledilməz olduğunu "Dünya Haiti xalqını üzüqoylu buraxdı" sözlərilə ifadə etdi.
SİA-nın əldə etdiyi məlumata görə, keçən həftə Haiti səfərindən qayıdan K.Rassel BMT-nin Nyu-York qərargahında jurnalistlərlə açıqlamasında bildirib: “Haitidə hər zamankindən daha çox humanitar yardıma ehtiyac var. Bu gün təxminən 5,2 milyon haitili köməyə möhtacdır var ki, onların 3 milyonu uşaqdır.
Qurumlar xidmət göstərə bilmir, çünki silahlı qruplar ölkənin paytaxtı Port-au Prins və kənd təsərrüfatı ərazilərinin 60 faizinə nəzarət edir.
Mövcud təhlükəli vəziyyət qəbuledilməzdir. Qadınlar və uşaqlar ölür.
Məktəblər və ictimai yerlər təhlükəsiz olmalıdır.
Dünya Haiti xalqını üzüqoylu buraxdı. Dərhal hərəkətə keçməsək, cəmiyyətin gələcəyi böyük risk altında olacaq”.
Qeyd edək ki, Haitidəki sosial iğtişaşlar 2021-ci ilin iyulunda prezident Jovenel Moisin öldürülməsi, elə həmin ilin avqustunda 2200-dən çox adamın ölümünə və on minlərlə evi dağılmasına səbəb olan 7,2 bal gücündə zəlzələ, inflyasiya, vəba hadisələri, adam oğurluğu və artan zorakılıqdan qaynaqlanır və xeyli dərinləşib.
2022-ci ilin aprelindən bu yana ölkədə silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində yüzlərlə adam həyatını itirib.
Haitililər ölkədəki vəziyyətə görə son 10 ilin ən pis humanitar böhranlarından biri ilə qarşı-qarşıya qalıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB