Bəsdir cəng etdiniz, sülh axtarmaq anı yetişib

Bəsdir cəng etdiniz, sülh axtarmaq anı yetişib

...Ukraynada sülh axtarmaq anı yetişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Reuters” agentliyinə müsahibəsində Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

Siyasətçinin fikrincə, hazırda ABŞ-a ən vacibi sülhün bərqərar olması üçün Rusiya və Ukraynanı bir araya gətirməkdir.

Eks-prezident hesab edir ki, “bunu etməyin vaxtı çatıb”.

Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukraynanın 2022-ci ildə sülh müqaviləsi bağlamağa yaxın olduğunu bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Tramp ABŞ-ın hazırkı lideri Cozef Baydenin Ukraynanın enerji şirkətindən rüşvət aldığını bildirmişdi. O, həmçinin, nüvə olacaq üçüncü dünya müharibəsinin qarşısını ancaq o ala biləcəyini də bəyan etmişdi.

Yeri gəlmişkən, bu arada Belarus prezidenti Aleksandr Lukaşenko da Ukraynada münaqişəyə son qoymaq üçün artıq ilkin şərtlər olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə