Bu qərar guya Makronu da şoka salıb?

Andranik Tevanyan: “İrəvan və Bakı əsas məsələdə razılığa gəliblər, yəni: “artsax”ın Azərbaycana məxsus olması barədə razılığa gəliblər”
Bu qərar guya Makronu da şoka salıb?

...Bəzi məsələlərlə bağlı Ermənistan-Azərbaycan razılaşmasının əldə olunduğu bildirilir. Bu razılaşmanın dəqiq nə ətrafında olduğu qeyd olunmur, lakin bu, açıq şəkildə Ermənistanın taleyindən gedir, çünki rəsmi Yerevan və Bakı “artsax” məsələsinin əsas bəndində razılığa gəliblər, yəni: “artsax”ın Azərbaycana məxsus olması ilə razılaşıblar. Bu qərar hətta Makronu da şoka salıb, çünki bu ona üzünü xilas etmək imkanı verib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu “Ermənistan” müxalifət bloku fraksiyasından olan deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazır.

...Vaşinqtonda Ermənistanın gələcəyi müzakirə olunub. Ermənistana anti-İran və anti-Rusiya platformasına çevrilmək tapşırığı verildiyini deyən Tevanyan, bundan sonra Ermənistanın avtomatik olaraq Türkiyənin təsir zonasına çevirəcəyini deyir.

“...Gəlin səmimi olaq: ​​onlar ermənilərin özündən böyük erməni ola bilməzlər və anti-Rusiya, anti-İran planlarını bizim problemlərimizə tabe edə bilməzlər. Ermənistan rəhbərliyi bunu başa düşürmü? Əlbəttə ki, hə. Əgər belə edirlərsə, onda niyə bu addımı atırlar? Cavab yenə birmənalıdır: şəxsi təhlükəsizliyini və maddi qazancını təmin etmək naminə”.

Qeyd edək ki, bunları bəyan edən erməni deputat, “artsax”ı Azərbaycana təslim etməklə Ermənistan üçün təhlükəsiz həyat gözləməyin guya sadəlövhlük olduğunu deməklə, erməni mənfurluğunu ortaya qoymuş olur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə