Yens Stoltenberq bir il də postunda qalır..?

Yens Stoltenberq bir il də postunda qalır..?

NATO-nun baş katibi Yens Stoltenberq bu vəzifədə daha bir il qalacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Politico” mənbələrə istinadən xəbər verir.

Bu arada ABŞ-ın rəsmi nümayəndəsi, Stoltenberqin baş katiblik müddətinin uzadılmasının artıq “müəyyən edilmiş məsələ” olduğunu bildirib.

Qeyd edək ki, Qərbi Avropanın yüksək rütbəli diplomatı məlumatı təsdiqləyərək, qərarın gələn həftə rəsmiləşdiriləcəyini bildirib.

Qeyd edək ki, NATO-ya üzv ölkələr Şimali Atlantika Alyansının iyulun 11-12-də Vilnüsdə keçiriləcək böyük sammitindən əvvəl baş katib postunu kimin tutacağına dair qərar qəbul etmək istəyiblər.

Qeyd olunur ki, müttəfiqlər bu qərarı qəbul etmək üçün bir neçə ay sərf ediblər - mümkün varislər kimi Danimarkanın baş naziri Mette Frederiksen və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edilib.

Deyilənlərə görə, Stoltenberqin qalmasına Rusiyanın Ukraynaya müdaxiləsi də təsir edib.

Belə ki, ehtiyatlı ritorikası ilə tanınan təcrübəli siyasətçini NATO üçün siyasi baxımdan çətin bir zamanda bir sıra ölkələr dəstəkləməyə üstünlük veriblər.

Xatırladaq ki, Yens Stoltenberq Norveçin dövlət və siyasət xadimi, Norveçin keçmiş baş naziridir. O, 2014-cü ildən NATO-nun rəhbəridir. Onu da qeyd edək ki, Stoltenberqin baş katib postuna namizədliyini Almaniyanın o zamankı kansleri Angela Merkel təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə