Zalujnı Ukraynanın Qərb döyüş təyyarələrinə ehtiyacı olduğunu deyir
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukraynanın niyə Qərb döyüş təyyarələrinə ehtiyacı olduğunu izah edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ukraynalı komandan “The Washington Post” qəzetinə iyunun 30-da dərc olunmuş müsahibəsində danışıb.
Beləliklə, Zalujnı, ilk olaraq müasir Ukrayna aviasiyasının Rusiyanın daha müasir “Su-35” təyyarələri ilə rəqabət apara bilməzliyini etiraf edib.
Onun dediyinə görə bu təyyarələr quruda olan Ukrayna qoşunlarını asanlıqla hədəfə alırlar.
Eyni zamanda, general bu gün məhdud da olsa, hər halda 120 təyyarəyə ehtiyac olunduğunu bildirib.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Politico” nəşri Qərbin 2024-cü ilin əvvəlindən başlayaraq Ukraynaya “F-16” qırıcılarının çatdırılmasına başlaya biləcəyi barədə yazıb.
Bununla belə, Vladimir Zelenskinin ofisi Ukraynanın ilk “F-16” qırıcılarının 2023-cü ilin sonuna qədər alacağına ümidlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB