Etirazlar Fransadan Belçikaya sıçradı

Nanterdə yol yoxlaması zamanı polis tərəfindən öldürülən gənc Nahelin ölümündən sonra Fransanın şəhərlərini bürüyən iğtişaşların hələ uzun müddət davam edəcəyi böyük narahatlıq doğurur
Etirazlar Fransadan Belçikaya sıçradı

Fransada 17 yaşlı Nahelin ölümündən sonra etirazçılara dəstək məqsədilə Belçikanın paytaxtı Brüsseldə toplaşan insanlarla polis arasında qarşıdurma baş verib. Şəhərin mərkəzi ərazilərindən olan Anneessensdə baş verən qarşıdurma zamanı polis tərəfindən saxlanılanların sayı 29 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslərdən 26-sı azyaşlıdır.

İyunun 29-da yerli vaxtla saat 22:00-da Anneessensdə toplaşan bir qrup gənc avtobus dayanacaqlarında şüşələri sındırıb və bəzi avtomobilləri yandırıb.

Nanterdə yol yoxlaması zamanı polis tərəfindən öldürülən gənc Nahelin ölümündən sonra Fransanın şəhərlərini bürüyən iğtişaşların hələ uzun müddət davam edəcəyi böyük narahatlıq doğurur. 2005-ci ildə polisdən qaçıb elektrik transformatorunda gizlənmək istəyərkən ölən Zyed və Buna işi ilə bağlı gərginlik 3 həftədən çox davam etmişdi.

Şəhər sakinləri yenidən 2005-ci il hadisələrini yaşamaqdan qorxurlar. İnsanların qəzəbini nəzərə almaq, ciddi cavablar vermək və həll yolları tapmağa çalışmaq lazımdır. Bir çox aidiyyəti assosiasiyalar təxminən 20 il ərzində şəhərətrafı qəsəbələrdə dəyişiklik olmamasından gileylənirlər. Qəzəbin çox dərin olması ilə bağlı həyəcan təbili çalırlar. Bildirilir ki, ölkədə iğtişaşların yeni dalğası təkcə polis məsələsi deyildir. İnsanların qəzəbi həm də onların sosial vəziyyətindən irəli gəlir. Şəhərətrafı qəsəbələrdə yaşayan insanların hətta gündəlik qidalanmasında problemlər yaşanır. Gənclər gündəlik qidalanma ilə bağlı yardım istəməyə gəlirlər.

Şəhərətrafı qəsəbələrin sakinləri normal məktəblər, səhiyyə sistemi, məşğulluq və mənzillə təmin olunmaq istəyirlər. Ən əsası, onlar polisin onlara hörmətlə yanaşmasını istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə