Pentaqon Ukraynaya ATACMS uzaqmənzilli raketlərin verilməsi ilə bağlı hər hansı bir qərardan xəbərsiz olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu bəyanat “The Wall Street Journal”ın Vaşinqtonun yaxın vaxtlarda bu raketləri Kiyevə ötürmək fikrində olması barədə xəbərdən sonra verilib.
Beləliklə, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder mətbuat brifinqində yaxın gələcəkdə ATACMS sistemlərinin Ukraynaya verilməsi ilə bağlı hər hansı qərardan qətiyyən xəbərdar olmadığını bildirib.
Təbii ki, Kiyev uzun müddətdən bəri təqribən 300 kilometr uçuş məsafəsinə malik ATACMS-lərə yiyələnməyə çalışır. Və bu raketlərin Ukrayna ordusuna cəbhə xəttinin xeyli gerisində yerləşən Rusiya qoşunlarına zərbə endirməyə kömək edəcəyini bildirir.
Əslində isə Kiyev bu silahları Krıma yönəltmək üçün istəyir.
Qeyd edək ki, Vaşinqton da bunu yaxşı anlayır. Ona görə də Ukraynanın bu addımı atacağı təqdirdə münaqişənin daha da gərginləşə biləcəyindən ehtiyatlanır.
Rusiya hakimiyyəti isə yalandan da olsa "xox" gəlməyində davam edir və NATO-nun Ukraynaya silah verməklə “odla oynadığını” təkrarlamaqdan hələ ki, yorulmur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB