Ukrayna Daxili İşlər Nazirliyi iyunun 27-də Rusiya ordusunun Kramatorskdakı restorana raket hücumu nəticəsində ölənlərin sayının 12-yə yüksəldiyini bildirib.
Nazirliyin sosial media hesabından verilən açıqlamada Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiya hərbçilərinin bir restoranı vurması nəticəsində başladılan axtarış-xilasetmə işlərinin başa çatdığı bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, iki gün davam edən axtarış-xilasetmə əməliyyatları zamanı 4 nəfərin cəsədi restoranın dağıntıları altından çıxarılıb. Bununla ölənlərin sayı 12-yə yüksəldi. Onların hamısının şəxsiyyəti müəyyən edilib. Hücumda yaralananların sayı 65 olub.
Kramatorsk Şəhər Şurasının saytında yer alan məlumatda Rusiya ordusunun raket hücumu nəticəsində həyatını itirənlər üçün 30 iyun və 1-2 iyul tarixlərində şəhərdə matəm elan edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB