Polşada rusiyalı xokkeyçi casus kimi həbs edilib

Polşada rusiyalı xokkeyçi casus kimi həbs edilib

Rusiyadan olan xokkeyçi Polşada casusluq ittihamı ilə saxlanılıb. Bu barədə Polşanın ədliyyə naziri və baş prokuroru Zbiqnev Zebro sosial şəbəkədəki səhifəsində məlumat verib.

Zebronun sözlərinə görə, xüsusi xidmət orqanları “birinci liqa klubu”nun rusiyalı xokkeyçisini həbs edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həbs edilən Polşaya qarşı kəşfiyyat, təbliğat fəaliyyəti həyata keçirən casus şəbəkəsinin artıq 14-cü saxlanılan üzvüdür.

Maraqlıdır ki, polşalı nazirin bu açıqlamasına rus saytları tərəddüd nümayiş etdirirlər.

Qeyd edək ki, rusiyalı xokkeyçi 2021-ci ilin oktyabr ayından Polşada yaşayırmış. İndi onu on ilə qədər həbs gözləyir. Məhkəmə hələ ki, onun 3 ay müddətinə həbs edilməsinə qərar verib.

“Mash” Telegram kanalının məlumatına görə, 20 yaşlı Maksim Sergeev Polşada saxlanılıb. O, Polşa Xokkey Liqasında çıxış edən “Zaqlebie” klubunda çıxış edirmiş. Rusiyada müdafiəçi HC “Balaşixa” və “Spartak”da oynayıb.

Bu arada Rusiyanın Polşadakı səfirliyi Rusiya vətəndaşının saxlanılması ilə bağlı Polşa hüquq-mühafizə orqanlarından məlumat almadıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə