Bu arada Vladivostok qarnizonunun hərbi məhkəməsi Ukraynada döyüşməkdən imtina etdiyinə görə Maqadandan olan 28 yaşlı aviadispetçeri 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, o, dini zəmində silah götürməkdən imtina edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Hərbi vəkillər” insan haqları layihəsi yayıb.
Beləliklə, adı tam açıqlanmayan hərbçi səfərbərlik zamanı əmrə tabe olmamaqda təqsirli bilinib. Məhkəmədə təqsirləndirilən şəxs bildirib ki, din ona silah götürüb başqa insanlara qarşı istifadə etməyə icazə vermir. O, fəaliyyət göstərən hissələrdə xidmətinin alternativ mülki xidmətlə əvəz edilməsini xahiş edib, lakin məhkəmə belə bir imkanın qanunvericilikdə nəzərdə tutulmadığını bildirərək, bundan imtina edib.
Yeri gəlmişkən, 2023-cü ilin aprel ayının sonuna olan məlumata görə, Rusiya hərbi məhkəmələrinə özbaşına xidmət yerini tərk edən, əmrə tabe olmaqdan boyun qaçıran və ya fərarilik edən hərbi qulluqçulara qarşı 1064 iş daxil olub.
Bu arada “Mediazona”nın məlumatına görə, imtina edənlərə qarşı cinayət işlərində ən böyük artım 2023-cü ilin martında baş verib. Belə ki, o zaman 400-ə yaxın iş Rusiya qarnizonu məhkəmələrinə göndərilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB