İqtisadçı Andrey Movçan da Rusiya vətəndaşlığından imtina etdi

İqtisadçı Andrey Movçan da Rusiya vətəndaşlığından imtina etdi

Dünən milyarder, bu gün iqtisadçı, deyəsən, bunların qulağına...səs çatıb?

Bu arada tanınmış rusiyalı iqtisadçı Andrey Movçan Rusiya vətəndaşlığından rəsmən imtina edib. Belə ki, Mövçan Rusiya Federasiyasının Böyük Britaniyadakı səfirliyinin katibi tərəfindən imzalanmış müvafiq şəhadətnaməni öz Facebook yerləşdirib. Belə görünür ki, o bundan sonrakı yaşayış yeri kimi Britaniyanı müəyyənləşdirib? Deyəsən, bundan əvvəl onun Kipr vətəndaşlığı da olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 55 yaşlı Mövçan Moskvada anadan olub,

Rusiya Hökuməti yanında Maliyyə Akademiyasını və Çikaqo Universitetində Biznes Məktəbini bitirib, bundan sonra uzun müddət Rusiyanın bank sektorunda çalışıb və eyni zamanda iqtisadi məsələlər üzrə ekspert kimi mediada da çıxış edib.

2016-cı ildə Mövçan “Movchan's Group” investisiya idarəçiliyi şirkətləri qrupunu təsis edib. Bundan sonra, yəni 2020-ci ildə iqtisadçı Rusiyadan Böyük Britaniyaya gedib.

Qeyd edək ki, əvvəllər o və ailəsi Kipr vətəndaşlığını almışdılar.

Mövçan hazırda ötən ilin sentyabrında Rusiyada fəaliyyətini dayandıran Karnegi Moskva Mərkəzində İqtisadi Siyasət proqramının eksperti kimi qeyd olunur.

Yeri gəlmişkən Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başladıqdan sonra müxtəlif peşə və fəaliyyətə malik onlarla Rusiya vətəndaşı Rusiya vətəndaşlığından çıxdığını bəyan ediblər.

Belə ki, cümə axşamı “Areti” enerji şirkətinə rəhbərlik edən milyarder İqor Makarov Rusiya pasportundan imtina etdiyini bəyan edib. Xatırladaq ki, o, Ukraynada müharibə başlayandan sonra vətəndaşlıqdan imtina edən ən varlı rusdur(?). Təsadüfü deyil ki, o, “Forbes” siyahısında hazırkı və keçmiş iştirakçıları arasından altıncı varlı rusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə