“80 ildən artıqdır ki, fəaliyyət göstərən BMT-də dəyişiklik mütləqdir”

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bəyan edib ki, çoxmillətli qlobal sistemdə islahata gedilməlidir
“80 ildən artıqdır ki, fəaliyyət göstərən BMT-də dəyişiklik mütləqdir”

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bəyan edib ki, çoxmillətli qlobal sistemdə islahata gedilməlidir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Chatham House” analitik mərkəzinin onlayn London konfransında C.Kleverli sözügedən mövzu ilə bağlı deyib: “İkinci Dünya Müharibəsi zamanı İngiltərənin paytaxtı Londonda 14 müttəfiqin bir araya gəldiyi toplantıda 1941-ci il iyunun 12-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və bugünkü qlobal çoxmillətli sistemin əsası qoyuldu. Bu sistem 80 ildən artıqdır ki, fəaliyyət göstərir. Dəyişiklik mütləqdir. Bizə lazım olan canlandırılmış çoxtərəfli sistemdir.

Miqrasiya, təhlükəsizlik, iqlim dəyişikliyi, pandemiya və münaqişələr kimi qlobal problemlər qarşısında daha əhatəli və həssas olunması təmin edilməlidir.

Dünyanın iqtisadi oxu Avro-Atlantikdən Asiya-Sakit Okeana doğru dəyişdi. Əhali artımı təxminləri artdı. Asiya, Afrika və Latın Amerikası ölkələrinin paylaşdığı güc nisbəti yaxın illərdə artacaq.

BMT-nin Möhkəm İnkişaf Məqsədləri “Covid-19”dan əvvəlki dövr hədəflərindən uzaqlaşmağa başlayıb. Bu şəkildə davam edərsə, 2030-cu ildə məqsədlərinin 88 faizinə belə çata bilməyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə