Nursultan Nazarbayevin qardaşı gəlini həbs edilib

Qazaxıstanda Nazarbayevin gəlini başqalarının əmlakını mənimsəməkdə təqsirli bilinərək 8 il həbs cəzasına məhkum edilib
Nursultan Nazarbayevin qardaşı gəlini həbs edilib

Bu arada Qızılorda vilayət məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş arvadı Gülmiranın özgənin əmlakını mənimsəmə ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “informburo.kz” yayıb.

Qeyd edilir ki, həbs müddəti ilə yanaşı, məhkəmə Gülmiraya 10 il müddətinə kommersiya təşkilatlarında rəhbər vəzifə tutmağı da qadağan edib.

Beləliklə, İstintaqın məlumatına görə, 2018-ci ilin payızında Sırdərya çayının sol sahilində istilik şəbəkələrinin tikintisi üçün dövlət satınalmaları saytında qarşıdan gələn müsabiqə barədə əvvəlcədən xəbər tutan Gülmira Satybaldı “Aria-Jana Astana” rəhbərinə göstəriş verib.

Və təbii ki, tenderdə “Aria-Jana Astana” qalib gəlib.

Bundan sonra Gülmira “Aria-Jana Astana” səlahiyyətlisi Bekbosınova faktiki yerinə yetirilməmiş tikinti-quraşdırma işləri üzrə bütün aktları ayrılmış büdcəyə uyğun gətirməyi tapşırıb.

İstintaqa görə, ümumilikdə, 2018-ci ildən 2020-ci ilə qədər Gülmira, Bekbosynov ilə birlikdə, 2 milyard 130 milyon tenge (4,7 milyon dollar) məbləğində tamamlanmış tikinti-quraşdırma işləri ilə bağlı 14 akt qəbul edib. Məhkumun qanunsuz hərəkətləri nəticəsində dövlətə 441 milyon tenge (965,5 min dollar) məbləğində ziyan dəyib.

Yeri gəlmişkən, Qazaxıstanda yanvar iğtişaşlarından sonra Nazarbayevlər ailəsinin üzvləri və onun ətrafının adamları postlarını yavaş-yavaş itiriblər.

Gərək ki, xatırlamış olarsınız, o vaxt qohumbazlığın ölkədə qaçılmaz olaraq mənfi kadr seçiminə gətirib çıxardığını və korrupsiyanın çiçəklənməsi üçün münbit şəraitə çevrildiyini deyən prezident Tokayev, buna qarşı mübarizə aparacağını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə