Kanadanın Alberta əyalətindəki keçmiş kilsə internat məktəbinin ərazisində aparılan axtarış zamanı rəsmi sənədlərdə olmayan 88 uşaq məzarı aşkar edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Alberta Universitetinin professoru Kişa Supernantın rəhbərlik etdiyi qrupun əyalətin paytaxtı Edmontondan təxminən 335 kilometr şimal-qərbdə, Bruno internat məktəbinin ərazisində apardıqları səth tədqiqatları başa çatıb. Alim məktəbin ətrafındakı 4500 kvadratmetrlik ərazidə 88 naməlum məzarın tapıldığını bildirib.
Qeyd edək ki, Kanadada köhnə internat kilsə məktəblərinin olduğu ərazilərdə qeydə alınmamış uşaq dəfnləri ilk dəfə 29 may 2021-ci ildə Britaniya Kolumbiyası əyalətinin Kamloops şəhərindəki məktəbin bağçasında tapılan 215 uşağın qalıqları ilə gündəmə gətirilib.
Kilsə məktəblərində qalarkən ölən uşaqların sayı bəzi mənbələrdə 4200 olaraq verilsə də, komissiyanın hesabatında kilsə idarələri tərəfindən ölüm halları sənədləşdirilmədiyi üçün bu rəqəmin 5995 olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB