Paris dağılır, Makron isə Elton Conun konsertinə getməyə qərar verib

Paris dağılır, Makron isə Elton Conun konsertinə getməyə qərar verib

...Əcəb millətdirlər, hazırda Fransa az qala “nehrə kimi çalxalanır”, amma deyilənlərə görə, Makron xanımı ilə Elton Conun konsertinə getməyə qərar verib.

Verilən son məlumatlara görə, Fransada iğtişaşlar getdikcə daha çox alovlanır. SİA-nın əldə etdiyi məlumata görə, Əlcəzair əsilli bir yeniyetmənin öldürülməsi iğtişaşlara əlavə təkan verib.

Bu arada Daxili İşlər Nazirliyinin rəhbəri bəyanat yayaraq ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etməyib.

Deyilənlərə görə, Tuluza, Rene, Rubaix və Lilldə elə də bir narahatçılıq yoxdur.

Maraqlıdır ki, Parisdə şəhəri təhlükə barədə xəbərdar etmək üçün sirenlər işə salınmalı idi. Qeyd edək ki, bu, İkinci Dünya Müharibəsindən bəri baş verməyib.

Fransız miqrantlar bələdiyyə binasını ələ keçiriblər, bankomatları açmağa çalışırlar. Bunun üçün kəsicilərdən istifadə edirlər...

Amma yuxarıda dediyimiz kimi, ölkədəki xaos prezident Emmanuel Makronu elə də narahat etmir. Belə ki, deyilənlərə görə, o, səhər saat birdə Elton Conun Parisdəki konsertindən əla əhval-ruhiyyə ilə ayrılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə