“Bunlar mənim səlahiyyətimdə deyil...”

“Bunlar mənim səlahiyyətimdə deyil...”

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistlərə... artıq bezdiyini və ona görə də, Sergey Surovikinin yeri və taleyi ilə bağlı məlumat almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Peskov Viktor Surovikinin vəzifədən kənarlaşdırılıb və ya saxlanılması ilə bağlı suala cavab olaraq, bu məsələnin qətiyyən onun səlahiyyətinə aid olmadığını bildirib.
“...Xeyr, təəssüf ki, yox, sizə Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”, - deyən Kreml sözçüsü əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin ali baş komandandır. O, müdafiə naziri və Baş Qərargah rəisi ilə əməkdaşlıq edir, lakin Surovikinin harada olması eləcə də onun həbsi ilə bağlı məlumatların təsdiqi ilə bağlı suallar onun rəhbərliyinin sferası deyil.

Putinin mətbuat katibi Müdafiə Nazirliyinin struktur bölmələrindən söhbət gedəndə nazirliklə əlaqə saxlamağı xahiş edib və prezidentin general Surovikinə etimadı ilə bağlı sualdan imtina edib.

Priqojinlə əlaqəsi olan təhlükəsizlik qüvvələrinin və hərbçilərin istefaya göndərilməsi zərurəti ilə bağlı Rusiya prezidentinin mətbuat katibi bunun da onun səlahiyyətində olmadığını və bu mövzuda başqa heç nə deyə bilməyəcəyini bildirib.

“Burada da sual tamamilə mənim səlahiyyətimdə deyil. Bu mövzuda deyəcək heç nəyim yoxdur”

Bunu da Peskov deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə