Fransada polisin 17 yaşlı gənci öldürməsinə qarşı etirazlar səngimir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polislər barədə həbs qətimkan tədbirinin seçilməsi də aksiyalara mane olmayıb.
Marsel, Tuluz, Lion və digər böyük şəhərlərdə axşam saatlarında etirqaz aksiyaları başlayıb. Sözügedən ərazilərə çox sayda polis qüvvəsi cəlb olunub. Tuluzda polisin iti güllələməsi gərginliyi daha da artırıb. Marseldə çox sayda iş yeri qarət edilib. Parisdə azı 20 aksiyaçı saxlanılıb. Aksiyaçılar Nanterdə bir kafeni yandırıb. Polis Nanterdə bankı yandırmağa cəhd edən 3 nəfəri həbs edib.
Aksiyalar ictimai nəqliyyatın fəaliyyətini iflic edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB