Sergey Surovikin haradadır?

Bu arada Moskvanın İctimai Nəzarət Komissiyasının məsul katibi Aleksey Melnikov, Ukraynadakı birləşmiş qoşunlar qrupunun komandirinin müavini general Sergey Surovikinin heç bir istintaq təcridxanasında saxlanılmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

...Mən “Serebryani Bordakı yeraltı istintaq təcridxanası” ilə bağlı cəfəngiyyatı şərh etmək belə istəmirəm”.

...Heç dəxli var? Qeyd edək ki, Aleksey Melnikov deyib bunu.

Rusların “Kommersant” nəşri isə Surovikin iyunun 23-nə keçən gecədən ictimaiyyət qarşısına çıxmadığını bildirib. Nəşr elə o vaxtdan, Müdafiə Nazirliyi rəsmilərinin generalın harada olduğu barədə heç bir məlumat vermədiklərini də qeyd edib.

Bu arada Qərb mediası Surovikinin ya Lefortovo istintaq təcridxanasında, ya da Serebryany Bordakı malikanədə saxlandığı barədə ehtimal bildirib.

Qeyd edək ki, “Financial Times” nəşri generalın “Vaqner”in uğursuz üsyanı ilə əlaqədar olaraq saxlanıldığını bildirib.

Amma bu arada, yəni bir müddət bundan əvvəl generalın qızı Veronika Surovikina “atasına heç nə olmadığını, onun həbs edilmədiyini və indi hamının öz işində” olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə