Rusiyaya "dost olmayan" ölkələrin "kitabı bağlandı"?

Rusiya hakimiyyəti “dost olmayan” ölkələrdən buğda, çovdar, arpa toxumlarının idxalını məhdudlaşdıra bilər
Rusiyaya "dost olmayan" ölkələrin "kitabı bağlandı"?

Bu arada Rusiya hökuməti “dost olmayan” ölkələrdən idxalı 2023-cü il oktyabrın 1-dən dekabrın 31-dək məhdudlaşdırıla bilən kənd təsərrüfatı toxumlarının siyahısını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, buğda, çovdar və arpa müvafiq siyahıya daxil edilib.

Siyahıda həmçinin kartof, meslin, qarğıdalı, soya kimi bitkilərin toxumları, eləcə də raps, günəbaxan və şəkər çuğunduru toxumları yer alıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Federasiyasının Kənd Təsərrüfatı naziri Dmitri Patruşev, Rusiyanın 2023-cü ilin oktyabrından etibarən xarici toxumların idxalına məhdudiyyətlər tətbiq etməyi planlaşdıracağını və bunun ölkə üçün kritik olmayacağını bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə