Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.
SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hazırda hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edildiyi deyilir.
Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib. Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb. Yanğının söndürülməsinə 6 təyyarə, 10 helikopter və çoxlu sayda yanğınsöndürən maşın cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB