Paris regionunda ötən gecə saat 02:00 radələrində 35 nəfər saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, iyunun 28-dən 29-na keçən gecə Fransanın bir neçə şəhərində Nahelin ölümünə reaksiya olaraq, sakinlərlə polis arasında yeni toqquşmalar qeydə alınıb. Fransa prezidenti buna cavab olaraq, səhər saat 8-də nazirliklərarası böhran iclasının çağırıb.
Daxili işlər naziri Jerald Darmanən “dözülməz zorakılıq” hadisələrini pisləyib. Nazirin tviter hesabında polis ölkə ərazisində ötən gecə 150 nəfərin saxlanıldığını bildirib. Sosial hesabında “Şəhərlərdə binalar, məktəblər və polis məntəqələri yandırılıb və ya hücuma məruz qalıb”,- yazan nazir Respublika rəmzlərinə qarşı dözülməz zorakılıq gecəsindən təəssüfləndiyini bildirib.
Nahelin ölümündə günahkar hesab edilən polisin həbs müddəti uzadılıb. Ölümcül atışmada şübhəli bilinən 38 yaşlı polis Nanterre prokurorluğunun qəsdən adam öldürmə maddəsi ilə açdığı istintaq çərçivəsində Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən dindirilib.
Nahelin anası cümə axşamı saat 14:00-də Hauts-de-Seine prefekturasının qarşısında, ölümcül atışma səhnəsinin çox yaxınlığında “ağ yürüş” üçün videoçağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB