“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra ona daha bundan sonra hərbi əməliyyatlarda iştirak etməyəcəyi barədə məlumat verilib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.
Kartopolovun sözlərinə görə, qanuna əsasən, xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirən bütün silahlı birləşmələr Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır.
Bu gün “Vaqner”dən başqa bütün PMC-lər bu şərti yerinə yetiriblər. “Vaqner” PMC müqaviləni imzalamaqdan imtina etdiyi üçün Yevgeni Priqojinə onun PMC-nin xüsusi hərbi əməliyyatda iştirak etməyəcəyi barədə məlumat verilib.
...Bu isə “Vaqner” bölmələrinin döyüş bölgəsindən tamamilə çıxarılması eləcə də silah və hərbi texnikanın təhvil verilməsi deməkdir.
Maraqlıdır, görən, Priqojin buna əməl edib silah-sursatını təhvil verəcəkmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB