Rusiyadan İsveçdə Quranın yandırılması ilə bağlı xəbərdarlıq

Rusiyadan İsveçdə Quranın yandırılması ilə bağlı xəbərdarlıq

...İyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında Quranın yandırılması aksiyası islamofobiya təxribat aktı idi və gözlənilməz fəlakətli nəticələrə səbəb ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin dini etiqad azadlığının təmin edilməsi sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Gennadi Askaldoviç xəbərdarlıq edib.

Askaldoviç, İsveç hakimiyyətini “məşhur “söz azadlığı” və “demokratiya” haqqında” arqumentlərlə ört-basdır edilən bu təxribatçı islamofobiya aktına icazə verməkdə ittiham edib.

Onun sözlərinə görə, Moskva rəsmi Stokholmun dini radikallara bu cür meyl göstərməsini qətiyyətlə rədd edir.

“Dünya ictimaiyyəti dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının iyunun 14-də qəbul etdiyi 2686 saylı qətnamədə xüsusilə islamofobiya səbəb olduğu ayrı-seçkilik, dözümsüzlük və ekstremizm halları ilə bağlı dərin narahatlıq ifadə olunub”, -deyə Askaldoviç bildirib.

Xatırladaq ki, iyunun 28-də Stokholmda polislə razılaşdırılmış aksiya keçirilib və bu aksiya zamanı Quran cırılaraq yandırılıb.

Şərqi müsəlman dövlətlərinin birindən qaçqın düşən biri guya etiraz olaraq kitabın vərəqlərini qoparıb, onlarla ayaqqabılarını silib, sonra da içinə bekon qoyaraq yandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə