Təkcə son il yarım ərzində Rusiya İstintaq Komitəsi polislərə qarşı 46 cinayət işi açıb. Qeyd edək ki, bu cinayətlərin demək olar ki, yarısı narkotik təxribatı ilə bağlıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə müstəntiqlərin mesajlarını tədqiq edən “Verstka” nəşri yazır.
Deməli, nəşr əməkdaşları rus polisinin insanların üzərinə nəinki narkotik atdığını, həm də alıcıları tutmaq üçün onlayn satış platformalarına dəstək verdiyini öyrəniblər.
Bir sıra hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsləri üstlərində olan narkotik paketlərinə toxunmağa məcbur ediblər.
Bundan əlavə, bu ilin qışında Ukrayna ilə həmsərhəd Bryansk vilayətində rayon polisi yerli sakini öz yaxın dostunun evinə patron atmağa razı salıb.
Qeyd edək ki, rayon polisi bununla İstintaq Komitəsinə özünün guya bekar dayanmadığını və təxribatçı axtardığını sübut etməyə çalışıb.
Bəzi bölgələrdə polis öz sxemlərində evsizlərdən və azad edilmiş məhbuslardan istifadə edib.
“Verstka” həmsöhbətlərinin fikrincə, təxribat hallarının neçə faizinin təhlükəsizlik qüvvələrinə qarşı cinayət işinin başlanmasına çatdığını hesablamaq mümkün deyil. Bundan əlavə, onların fikrincə, belə üsullardan çox güman ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da istifadə edirlər, lakin onlar buna görə məsuliyyətə cəlb edilmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB