İyunun 21-də saxlanılan Gürcüstan vətəndaşının həbsdən azad edilməsi barədə özünü Cənubi Osetiya adlandıran respublikanın Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verilib.
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, burada söhbət Rustavi sakini Laşa Baxturidzedən gedir. Qeyd edək ki, Cənubi Osetiya hakimiyyəti onu de-fakto sərhədi pozmaqda ittiham edərək həbs etmişdi.
Tsxinvalidə onun Dmenisi kəndində “sərxoş vəziyyətdə” qəsdən ayırıcı xətti keçdiyi iddia edilirdi.
...Bu gün, iyunun 29-da Laşa Baxturidze, sonuncu xəbərdarlıqla “Cənubi Osetiya respublikası”ndan qovularaq Gürcüstan tərəfinə təhvil verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB