Qərb Kiyevə uzunmüddətli dəstək müqaviləsi hazırlayır

Qərb Kiyevə uzunmüddətli dəstək müqaviləsi hazırlayır

Fransa və Almaniya Böyük Britaniya və ABŞ ilə birlikdə Ukraynaya uzunmüddətli maliyyə dəstəyi, silah tədarükü, hərbi təlim və kəşfiyyat məlumatlarının mübadiləsini təsdiq edəcək yeni təhlükəsizlik sazişi hazırlayırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” diplomatik mənbələrə istinadən xəbər verir.

Qəzetin həmsöhbətləri, sazişin Kiyevin NATO-ya daxil olmasına zəmanət vermədiyini və Qərb dövlətlərinin Ukraynaya davamlı dəstəyinə inamı ruhlandıran kompromis variant olduğunu bildiriblər.

Xüsusilə, Fransanın təklifləri NATO-nun Ukraynanı qorumaq üçün öz təhlükəsizlik çərçivəsini genişləndirməyi nəzərdə tutur.

Qeyd edək ki, Parisin mövqeyi İrlandiya, Avstriya və Maltanın tənqidinə səbəb olub. Belə ki, bu ölkələr Ukraynanın müttəfiqlərindən iddia edilən yeni öhdəliklərə aydınlıq gətirmək istəyirlər.

Bundan əlavə, bəzi dövlətlər sazişdə təklif olunan mətni qeyri-müəyyən hesab edərək Avropa İttifaqı Xarici İşlər Nazirliyindən daha ətraflı sənəd tələb ediblər.

Yeri gəlmişkən, Ukraynanın ləng irəliləməsi bir sıra Qərb ölkələrində döyüş meydanında sürətli irəliləyiş və sonrakı sülh danışıqlarına dair ümidləri puç etməkdədir.

Eyni zamanda “Vaqner”in son üsyanı Ukraynanın vəziyyətdən öz xeyrinə necə daha yaxşı istifadə edə biləcəyi sualını gündəmə gətirib.

Xatırladaq ki, bir müddət əvvəl “Financial Times” qəzetinə danışan Ukraynanın müdafiə naziri Oleksiy Reznikov münaqişədəki az uğuru bəzi problemlərlə bağlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə