"Ukraynaya hərbi dəstək münaqişədən sonra da uzunmüddətli olmalıdır"

Josep Borrell, Avropa İttifaqının Avropa Sülh Fondunu Ukraynanın Müdafiə Fonduna çevirə biləcəyini bildirib.
"Ukraynaya hərbi dəstək münaqişədən sonra da uzunmüddətli olmalıdır"

Avropa İttifaqı Avropa Sülh Fondunun Ukraynanın Müdafiə Fonduna çevrilməsi imkanını nəzərdən keçirir. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell Avropa İttifaqının Brüssel sammitinə gələrkən belə bir bəyanatla çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri iyunun 29-da TASS yayıb.

Beləliklə, Josep Borrell, Avropa İttifaqının Avropa Sülh Fondunu Ukraynanın Müdafiə Fonduna çevirə biləcəyini bildirib.

Avropa diplomatiyasının rəhbərinin fikrincə, Ukraynanın hərbi dəstəyi həm münaqişə zamanı, həm də ondan sonra uzunmüddətli olmalıdır.

Ona görə də bütün imkanlar nəzərdən keçirilir.

“Biz müharibə zamanı və müharibədən sonra Ukraynaya kömək etməliyik. Avropa Sülh Fondu, bəlkə də, Ukraynanın Müdafiə Fonduna çevrilməlidir”, - deyə Borrell bildirib.

Diplomatın sözlərinə görə, avropalı siyasətçilər hesab edirlər ki, Ukrayna bundan sonra da müqavimət göstərməlidir. Bundan əlavə, Borrell Ukrayna ordusunun modernləşdirilməsinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

Yeri gəlmişkən, deyəsən, “deyilənlərə dözməyən” Rusiya artıq Xosep Borrelin son açıqlamalarına reaksiya verib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Sülh Fondunun Ukraynanın Müdafiə Fonduna çevrilməsi ilə bağlı bəyanatını şərh edərkən, təşkilatın artıq çoxdan Avropanın müharibə fonduna çevrildiyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə