Silahlı hücumda doqquz nəfər öldü

Silahlı hücumda doqquz nəfər öldü

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib.

Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə